Həftəlik reytinqlər: İddialı seriallar onluqda yoxdur

MARAQLI
13:50 / 21.09.2026
249

Türkiyədə ötən həftənin ən çox izlənilən serialları bəlli olub.

Hit.az xəbər verir ki, 14-20 sentyabr tarixlərində “Total” kateqoriyasında “Uzak Şehir” zirvədə yer alıb.

Ümumilikdə, “Kanal D” 4 serialla “TOP-10”-a damğa vurub. “TRT1” isə uzun müddət sonra siyahıdan kənarda qalıb. “Star”, “ATV” və  “Show TV” hərəyə 2 serialla təmsil olunublar. Maraqlıdır ki, “Teşkilat”, “A.B.İ.”, “Mehmed: Fetihler Sultanı”, “Gönül Dağı”, “Çirkin”, “Aşk ve Taht”, “Evlilik Güzeldir” kimi iddialı seriallar onluqdan kənarda qalıb.

Beləliklə, keçən həftənin ən çox baxılan serialları aşağıdakılardır:


1.    “Uzak Şehir” – “Kanal D”
2.    “Sevdan Bir Ateş” – “Show TV”
3.    “Daha 17” – “Kanal D”
4.    “Altı Üstü İstanbul” – “ATV”
5.    “Kızılcık Şerbeti” – “Show TV”
6.    “Tuzlu Kahve” – “Star”
7.    “Sevdiğim Sensin” – “Star”
8.    “Güneşin Doğduğu Yer” – “ATV”
9.    “Güller ve Günahlar” – “Kanal D”
10.    “Haysiyet” – “Kanal D”.

Pərviz Şimşək

0