Taksi xidmətinin bahalaşması ictimai nəqliyyata mənfi təsir edəcək?

İQTİSADİYYAT
15:09 / 13.06.2023
692

Taksilərdə gediş haqqının bahalaşması vətəndaşların narazılığına səbəb olub.

Çünki bu, insanları ictimai nəqliyyatdan istifadəyə daha çox yönəldəcək. Əlbəttə ki, bu da ciddi bir problemdir. Nəzərə almaq lazımdır ki, hazırda metro və avtobuslarda həddindən artıq sıxlıq müşahidə olunur. Xüsusilə pik saatlarda sərnişinlərin metro və avtobuslardan istifadəsi olduqca müşkül bir məsələyə çevrilir. Taksi xidmətinin bahalaşması isə mövcud sıxlığın daha da artmasına gətirib çıxaracağı proqnozlaşdırılır.

Bəs taksi xidmətinin bahalaşmasının ictimai nəqliyyatdakı sıxlığa təsirini aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır?

Bununla bağlı HİT.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib ki, taksi xidmətinin bahalaşması ictimai nəqliyyatda birmənalı olaraq sıxlığın artmasına səbəb olacaq:

327973

"Vətəndaşlar oktyabrın ayının 1-nə qədər xaricə və ya bölgələrə məzuniyyətə gedəcəklər. Buna görə şəhərdəki sıxlıq nəzərəçarpacaq dərəcədə azalacaq, amma ona qədər müəyyən tədbirlər görülməlidir. Yəni avtobusların sayının artırılması və marşrut xətlərinin yenidən çəkilməsi kimi müəyyən zaman kəsiyində bu sistemlərə qarşı adekvat addımlar atılmalıdır ki, həddindən artıq sıxlıq yaranmasın. Bununla da vətəndaşların rahat gediş-gəlişi təmin olunmalıdır".

Ekspert qeyd edib ki, hazırda metroda və avtobuslarda kifayət qədər sıxlıq var:

"Taksidə gediş haqqının bahalaşmasından sonra bu sıxlığın artması qaçınılmaz olacaq. Ona görə də oktyabr 1-nə qədər ictimai nəqliyyatın qrafiklərinə və intervallarına mütləq şəkildə nəzər salmaq lazımdır. Həmçinin, nasaz və texniki cəhətdən uyğunsuz olan avtobusların əvəzlənməsi, eləcə də xaricdən digər nəqliyyat vasitələrinin gətirilməsi labüddür".

Pərviz

0