Məşhur zavodlar arasında alqı-satqı qalmaqalı

23:12 / 18.09.2023
486

“MET-AK” MMC ilə "Baku Non Derrous and Foundry Company” MMC arasında alqı-satqı müqavilələrinə dair mübahisə yaranıb. 

Valyuta.az xəbər verir ki, mübahisə məhkəməyə qədər uzanıb. 

İddiaçı “MET-AK” MMC-dir. Onun iddasına Sumqayıt Kommersiya Məhkəməsində baxılacaq. İş üzrə oktyabrın 12-nə məhkəmə hazırlıq iclası təyin edilib. 

“MET-AK” MMC polad borularının Azərbaycana idxalı və satışı, eyni zamanda tikinti-qurşadırma üçün polad məmulatların, plastik boru və fitinqlərin istehasalı ilə məşğul olur. 

“Baku Non Ferrous and Foundry Company” MMC isə əlvan metallar və ferroərintilər istehsalı ilə məşğuldur. 

Zavod Sumqayıt Kimya Sənaye Parkının tərkibində fəaliyyət göstərir. 

 

0