Daha bir şirkət məcburi auditdən yayınmada ittiham edilir

18:33 / 20.11.2023
428

“Monditex” MMC barəsində inzibati protokol tərtib olunub. 

Hit.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınma) maddəsi ilə ittiham olunur. 

İş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Günel Səmədova iş üzrə hakim təyin edilib. 

464-cü maddəyə görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Anar

0