Telefonları səhərə kimi "tok"da saxlamayın - XƏBƏRDARLIQ 

İQTİSADİYYAT
11:14 / 09.02.2024
2623

Bəzi insanlar gecə yatanda mobil telefonlarını cərəyanda saxlayırlar. 

Lakin telefonların səhərə qədər enerji yığmağa qoyulması çox risklidir. Çünki bəzi telefonlar çox uzun müddət "tok"da qaldıqda qızır. Bu isə onun alışmasına və ya partlamasına gətirib çıxarır. Nəticədə yanğın baş verir və çox təəssüf ki, bəzən bədbəxt hadisə belə yaşanır. 

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Hit.az-a açıqlamasında bildirib ki, mobil telefonları nəzarətsiz bir şəkildə gecə səhərə qədər cərəyanda saxlamaq yolverilməzdir:

343403

"Nəzərə almaq lazımdır ki, bu cür vasitələr nəzarətsiz qaldıqda yanğın təhlükəsi yarada bilər. Yəni qızma, alışma və ya qısaqapanma nəticəsində yanğın qaçılmaz ola bilər".

Ekspert diqqətə çatdırıb ki, elektriklə çalışan avadanlıqları nəzarətsiz qoymaq olmaz:

"Nəinki mobil telefonları, ümumiyyətlə, televizor, tozsoran, paltaryuyan, qabyuyan və s. kimi elektriklə çalışan cihazları nəzarətsiz şəkildə cərəyanda saxlamaq olmaz. Onların da qızma və alışma nəticəsində yanğın riski yaratdığını unutmamalıyıq. Ona görə də elektriklə çalışan avandanlıqları nəzarətsiz buraxmaq olmaz". 

Pərviz

0