Bakının Yasamal rayonunda bir qrup sakin mənzil problemi ilə üz-üzə qalıb.
Baku TV-nin məlumatına görə, Z.Əhmədbəyov küçəsində yaşayan vətəndaşların bir qismi evlərinin sökülməsi ilə əlaqədar onlara verilən kompensasiyadan narazıdır, digər qismi isə həmin narazı qalanlardan şikayətçidir. Onlar müqavilənin tezliklə bağlanmasını, köhnə evlərinin əvəzinə yeni tikiləcək binada mənzillə təmin olunmalarını istəyirlər.
Bəzi sakinlər 2023-cü ilin avqust ayından müqaviləyə imza atdıqlarını desələr də, narazı sakinlər tərəfindən işin yubadılmasından gileylənirlər.
“Imperial Residence” şirkətinin rəhbəri Rafael Abdullayev hesablama aparılan zaman yaşayış sahələrinin ölçüsünün mövcud olandan artıq götürüldüyünü, sakinlərə bina tikilən müddət ərzində (bir il, ilyarım, iki il - razılaşma əsasında) aylıq 600 manat kirayə haqqı təklif etdiklərini deyir. Ev sahibi isə narazılıq edərək, 600 deyil, 400 manat kirayə haqqı vəd verildiyini, bu məbləğə Bakıda kirayə mənzil tapmağın mümkünsüz olduğunu bildirir.
Şirkət rəhbərinin sözlərinə görə, yeni bina 233 ailə üçün nəzərdə tutulub, ərazidəki 185 nəfərlə müqavilə bağlanıb, 25-i ilə bağlanmaq üzrədir, qalan 23 ailə ilə danışıqlar gedir. Həmçinin, əlavə edib ki, narazı sakinlər barəsində hüquq-mühafizə orqanlarına məlumat verilib.
Ətraflı Baku TV-nin süjetində: