Küveyt dinarını Azərbaycanda dəyərli valyuta edən səbəb nədir?

23:58 / 28.02.2024
187

“Hansısa valyutanın yığım vəsaiti kimi istifadə olunması onun bahalılığına bağlı deyil”.

Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov Küveyt dinarının dünyanın ən dəyərli valyutası siyahısında olmasından danışarkən deyib.

Ekspert həmçinin 10 il bundan əvvəl Azərbaycanın milli valyutasının dollardan baha olduğunu qeyd edib: “Amma bizim valyutada heç kəs pul yığmırdı. Bu gün istənilən ölkə denaminasiya həyata keçirə bilər. Yadınızdadırsa, 2006-cı ildə denaminasiya oldu və 5 min manat bir manata çevrilmişdi. Biz bunu yenidən tətbiq edə, pulların dəyişilməsini elan edə bilərik. Məsələn, bu günün 10 manatını 1 manat kimi təqdim edə bilərik. Puldan yığım vasitəsi kimi istifadə edilməsi onun sabitliyinə və uzunmüddətli perspektivliyinə bağlıdır”.

Ə.Həsənov hansısa valyutanın yığımda istifadə olunması ölkənin iqtisadiyyatının gücünə bağlı məsələdir: “Valyutalar güclü dövlət, iqtisadiyyat, sabitlik, ölkədə idarəetmənin proqnozlaşdırıla bilməsi, əminlik hissi, qayda-qanunun olması, məhkəmələr və s. meyarlara görə alınır və yığılır. Küveyt bütün parametrlərinə görə Azərbaycandan güclü dövlətdir. Orada hər an nəsə dəyişə bilər”.

Qeyd edək ki, Azərbaycanda ən dəyərli 4 valyuta - Küveyt dinarı, İngiltərə funt sterlinqi, avro və dollar olduğu açıqlanıb. Məlumatda bildirilib ki, bir Küveyt dinarının Azərbaycan manatına qarşı məzənnəsi 5 manat 52 qəpikdir. Küveyt dinarı hazırda dünyanın ən dəyərli valyutasıdır.

 

0