Türk lirəsi ucuzlaşmağa davam edir: "Bizim üçün müsbət və mənfi təsirləri var"

İQTİSADİYYAT
10:21 / 23.05.2024
430

"2018-ci ildən bu yana, xüsusilə də pandemiya dövründən sonra türk lirəsinin ucuzlaşmasını müşahidə etməyə başladıq".

Bu sözləri iqtisadçı ekspert Asif İbrahimov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bunun bir sıra iqtisadi və siyasi səbəbi var:

"Məsələn ondadır ki, Türkiyədə üzən məzənnə rejimi tətbiq olunur. Bu istiqamətdə iqtisadiyyatın dayanıqlı olması da ölkənin valyutasının gücündən asılıdır. 

Ümumiyyətlə, lirənin ucuzlaşmasına təsir edən bir çox faktor var. İqtisadiyyatda olan yüklər və psixoloji faktorlar da səbəblər sırasındadır". 

Ekspert qeyd edib ki, Türkiyənin bank sistemində xarici valyutanın miqdarı 60 faizə gəlib çıxırdı:

350971

"Bəzi məsələlərdən sonra isə xarici valyutanın miqdarı azalmağa başladı. Hətta investisiyanın 30-35 faizə qədər düşməsi bir az inamsızlığa da səbəb oldu".

Həmsöhbətimiz hesab edir ki, Türkiyə iqtisadiyyatının ümumi vəziyyətinə görə lirə ucuzlaşmağa davam edir:

"Düşünürəm ki, bu şəkildə davam edərsə, ilin axırına qədər türk lirəsi daha da ucuzlaşacaq. Bunun isə Azərbaycan üçün mənfi və müsbət tərəfləri var".

Asif İbrahimov lirənin ucuzlaşmasının Azərbaycan üçün mənfi və müsbət tərəflərini belə izah edib:

"Məsələn, Azərbaycan vətəndaşı Türkiyəyə getdikdə dollar qarşılığında türk lirəsini aldıqda daha ucuz başa gələcək. Yəni lirənin ucuzlaşması qardaş ölkəyə istirahətə gedən və ya müəyyən xidmətlərdən istifadə edən vətəndaşlarımız üçün müsbət ola bilər. 

Lakin Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biri Türkiyədir. Ona görə də lirənin ucuzlaşması ixrac edən sahibkarlara müəyyən problem yarada bilər".

Pərviz

0