Qurban bayramına görə heyvan bazarında qıtlıq hiss olunmağa başlayıb

15:09 / 03.06.2024
356

“İri və xırda buynuzlu heyvanların sayı ildən- ilə azalır.

Bu da bazara öz təsirini göstərib. Bir-iki ay əvvəl diri qoyunun kiloqramı 7.5 manata təklif olunurdusa, hazırda bu qiymət 8.5 manatdır”. 

Bu sözləri Hit.az-a aqrar sahə üzrə ekspert Akif Nəsirli deyib. 

A.Nəsirli bildirib ki, Qurban bayramına sayılı günlər qalıb.

Bu dövrdə heyvan ətinin satış qiyməti daha da artacaq:

 “Bu vəziyyət topdansatış mərkəzlərində daha çox hiss olunacaq. Artıq bazarda heyvan qıtlığı var. Çünki məqsədyönlü şəkildə qurbanlıq üçün sürətli alışlar başlayır. Topdansatış bazarında ətin qiyməti yüksələcək. Qurbanlıq heyvan ətinin qiyməti 25 manata qədər yüksələcək”. 

Sevinc

0