Dövlət şirkəti ilə bağlı sığorta qalmaqalı

20:00 / 13.06.2024
345

“Baku Leasing Center” MMC ilə Dövlət Sığorta Kommersiya Şirkəti arasında sığorta müqaviləsinə dair mübahisə yaranıb. 

Hit.az xəbər verir ki, bu mübahisədən dolayı “Baku Leasing Center” dövlət şirkətini məhkəməyə verib.

İddiaya Bakı Kommersiya Məhkəməsində baxılacaq.

İş hakim Kənan Hüseynovun icraatındadır.

Dövlət Sığorta Kommersiya Şirkəti hazırda ləğv prosesindədir. 

Anar 

0