Hit.az redaksiyasına daha bir sual daxil olub.
Səkinə Baxşıyeva soruşur ki, əgər tikinti şirkəti dələduzluq edib, mənzili bir neçə nəfərə satıbsa evin sahibi kim sayılır?
Hit.az-ın sorğusuna cavab verən vəkil Qalib Aslanlı bildirib ki, bu kimi hallarla dəfələrlə üzləşib:
“Təəssüf ki. Azərbaycanda belə hallara rast gəlinir. Vahid dövlət reyestrindən keçməyən mənzillərlə bağlı fırıldaqçılıq halları mümkündür. Yeni tikilən binada mənzil bir neçə şəxsə satılarsa, birinci müqavilə kiminlə imzalanıbsa, mənzilin sahibi həmin şəxs olur”,- deyə o bildirib.
Vəkilin sözlərinə görə, pulunu verib, mənzilini ala bilməyən zərərçəkmişlər mülki iddia qaldıra bilərlər. Tikinti şirkəti dəymiş zərərinə ödənilməsi üçün məsuliyyət daşıyır.
Murad