Rusiya ilə danışıqlar: Zelenski prosesin neçə gündən sonra bərpa olunacağını açıqladı

DÜNYA
14:41 / 25.09.2026
44

Ukrayna 10 gün ərzində ABŞ nümayəndələri ilə Rusiya ilə sülh danışıqlarının gələcək planlarını müzakirə etməlidir. 

HİT.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə söhbətində deyib.

“Bizim ABŞ prezidenti ilə görüşümüz oldu. Ümumi məsələləri müzakirə etdik. Bundan sonra danışıqlar qruplarımız ayrıca uzunmüddətli görüş keçirərək müvafiq detalları müzakirə etdilər. Razılaşma belədir: biz bu detallarla bağlı Avropa tərəfini məlumatlandıracaq və onunla müzakirə aparacağıq. Amerikalılar ruslarla danışacaqlar. 10 gündən sonra isə bu və ya digər mövqe və nəticə ilə geri qayıdacağıq”, – Zelenski bildirib.

Xatırladaq ki, bundan əvvəl Kreml də üçtərəfli danışıqlar formatına qayıdılacağından danışıb. Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov danışıqların “yaxın perspektivdə” bərpa olunmalı olduğunu bildirib.

Bununla belə, Kreml bu danışıqların nəticə verə biləcəyini istisna edir. Peskov xüsusilə bildirib ki, hazırda danışıqların sülh yoluna qaytarılması üçün heç bir ilkin şərt yoxdur. O, həmçinin Ukrayna, ABŞ və Rusiya liderlərinin iştirakı ilə üçtərəfli görüş keçirilməsi ehtimalını rədd edib.

Bunun əksinə olaraq, Prezident Volodimir Zelenski Vladimir Putinlə görüş üçün real imkanın dekabrda Mayamidə keçiriləcək G20 sammiti zamanı yarana biləcəyini bildirib. O, Ukraynanın belə bir görüş formatını dəstəkləyəcəyini də vurğulayıb.

Samir

0