“Özəl şirkətlərdə, bank sektorunda əmək haqqı yüksəkdir. Bəzi sahələrdə isə aylıq gəlir minimumdur – 345 manat. Beynəlxalq qanunvericiliyə əsasən, ölkənin minimal əmək haqqı orta əmək haqqının azı 60 faizi olmalıdır”.
Bu sözləri Hit.az-a bank sahəsi üzrə ekspert Əkrəm Həsənov deyib.
O bildirib ki, orta aylıq əmək haqqı 1000 manatdırsa, minimum əmək haqqı 600 manat olmalıdır:
“Bəllidir ki, Azərbaycanda hər kəs bərabər əmək haqqı almır”.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2024-cü ilin yanvar-aprel aylarında ölkə üzrə ortaaylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,2 faiz artıb.Əməkhaqqı neft-qaz sektorunda 4031,5 manat, qeyri-neft-qaz sektorunda 950,5 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin ortaaylıq əməkhaqları 943,2 manat, özəl müəssisələrdə isə 1077,2 manat olub.
Sevinc