Qaz sayğacı zədələndikdə vətəndaş cərimə ödəməlidir?

17:11 / 21.06.2024
325

Qaz sayğacında olan nöqsana görə, məsuliyyəti kim daşıyır?

Redaksiyamıza müraciət edən şikayətçinin bu sualına hüquqşünas Hümmət Əliyev belə cavab verib.

O Hit.az-a a bildirib ki, bir çox hallarda vətəndaşlar qaz sayğacının nöqsanlarına görə yenilənmə tələ edərkən, əməkdaşlar cərimə ödəməli olduqlarını nəzərə çatdırırlar. Bu yanlış addımdır:

“Nazirlər Kabinetinin qərarına görə, əhali qrupunun qaz təchizatı zamanı qaz sayğaclarının qorunması, istifadəyə yararlı saxlanılmasına cavabdeh olan qurum qazpaylayıcı qurumdu, heç bir cərimə ödənilmir” deyə o qeyd edib.

Murad

0