Sosial kirayə müqaviləsi üzrə mənzili necə ala bilərik?

İQTİSADİYYAT
19:57 / 11.07.2024
457

Redaksiyamıza sorğu göndərən İnci Balayeva soruşur ki, qanunda nəzərdə tutulmuş yaşayış sahəsinin sosial kirayə müqaviləsi və bağlanma qaydası necədir? 

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyv bildirib ki, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara  verilir. Vətəndaş bu cür qeydiyyata düşmək üçün öncədən yerli icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına müraciət etməlidir. Bundan əlavə, aztəminatlı gənclərə də belə mənzillər verilir:

“Yaşayış sahəsinin ayrılma norması 16 kvadratmetr olaraq, müəyyənləşdirilib. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmaq üçün vətəndaşlar yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına müraciət etməlidirlər. Bu zaman uçota alınma haqqında ərizə, vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir”,- deyə ekspert bildirib.

Murad

0