“Bir sıra aparıcı ölkələr Xəzər dənizi yaşıl enerjisinin Avropa İttifaqından çıxarılmasında maraqlıdır. Azərbaycan, Qazaxıstan və digər ölkələrlə əməkdaşlıq gücləndiriləcək. Bu konteksdən həm Qazaxıstan və Azərbaycanın kifayət qədər böyük yaşıl enerji potensialı var”.
Bu sözləri Hit.az-a iqtisadçı Vüqar Bayramov deyib.
O bildirib ki, hər iki ölkənin külək və günəş enerji potensialı imkanları genişdir:
“Bu səbəbdən də hesab edirəm ki, Azərbaycan və Qazaxıstan əməkdaşlığı inkişaf edən dinamika ilə davam edəcək. Bu da ölkəmiz üçün olduqca əhəmiyyətlidir”.
Sevinc