Qiymətə görə internetdən imtina edənlər cərimələnəcək? - RƏSMİ CAVAB

İQTİSADİYYAT
12:10 / 15.09.2024
286

Sosial şəbəkələrdə sabahdan etibarən internet xidmətindən imtina edənlərin cərimələnəcəyi ilə bağlı məlumatlar yayılıb.

Məsələnin doğru olub-olmadığını öyrənmək üçün "Aztelekom" MMC-yə müraciət edilib.

Şirkətdən "Xəzər Xəbər"ə bildirilib ki, abonent interneti bir il istifadə edəcəyi ilə bağlı müqaviləyə imza atıb. Müqavilə ləğv olunduqda isə abonent xidmətdən imtinaya dair cərimə və ya əlavə ödəniş ödəmir. Amma 12 ay davamlı istifadə etmək şərti qarşılığında ödənişsiz təqdim edilmiş avadanlığın dəyərini ödəməli olur.

"Aztelekom" MMC-dən o da bildirilib ki, yeni tariflərin tətbiq olunduğu tarixdən sonrakı 30 gün ərzində əvvəlki abunəçilərə öz istəklərinə əsasən xidmətlərdən imtina etmək üçün vaxt verilib. Bu müddət ərzində abunəçilər müqavilə şərtlərinə uyğun olaraq yazılı şəkildə müraciət etməklə telekommunikasiya xidmətlərindən istədikləri zaman imtina edə bilərlər.

Qeyd edək ki, sözügedən avadanlıqların qiymətləri modelindən asılı olaraq 30 manatdan 130 manata qədər dəyişir.

0