Bu atları saxlayanlara 1000 manat veriləcək

İQTİSADİYYAT
17:31 / 10.09.2026
40

“Qarabağ” və “Dilbaz” atlarının saxlanmasına subsidiya veriləcək.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Milli at cinslərinin qorunması və sayının artırılması məqsədilə qeydiyyata alınmış “Qarabağ” və “Dilbaz” atlarına illik heyvan subsidiyası tətbiq ediləcək.

2 yaşadək dayçalara 600 manat/baş, 2 yaşdan yuxarı damazlıq dişi atlara 800 manat/baş, damazlıq ayğırlara isə 1000 manat/baş illik subsidiya veriləcək. Heyvanların EKTİS-də qeydiyyatı, elektron çiplənməsi və valideyn mənsubiyyətinin DNT testi ilə təsdiqi subsidiya üçün əsas şərtlərdən olacaq.
 

0