Bu ilin ilk 7 ayında dövlət sektorunda işləyənlərin sayı 29 min nəfər azalıb

İQTİSADİYYAT
21:38 / 10.09.2026
42

Bu ilin avqust ayının 1-ə olan rəsmi məlumatlara görə, Azərbaycanda muzdla çalışan (əmək müqaviləsi ilə) işçilərin sayı 1 milyon 781,1 min nəfər olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, muzdla çalışan işçilərin 836,9 min nəfəri dövlət sektorunda, 944,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Müqayisə üçün bildirək ki, bu ilin əvvəlində muzdla çalışan işçilərin sayı 1 milyon 808 min nəfər olub.

Açıqlanan məlumatlardan da göründüyü kimi, bu ilin ilk 7 ayında muzdla çalışan işçilərin sayı 26,9 min nəfər azalıb. Bu ilin ilk 7 ayında dövlət sektorunda işləyənlərin sayı 28,9 min nəfər azalıb, qeyri-dövlət sektorunda işləyənlərin sayı isə 2 min nəfər artıb.

Qeyd edək ki, son 10 ildə (2016-2026-ci illər) Azərbaycanda muzdla çalışan (əmək müqaviləsi ilə) işçilərin sayı belə olub:

1 yanvar 2016 – 1 495,8 min nəfər;
1 yanvar 2017 – 1 514,0 min nəfər;
1 yanvar 2018 – 1 521,3 min nəfər;
1 yanvar 2019 – 1 548,9 min nəfər;
1 yanvar 2020 – 1 641,0 min nəfər;
1 yanvar 2021 – 1 691,8 min nəfər;
 1 yanvar 2022 – 1 705,1 min nəfər;
1 yanvar 2023 – 1 733,9 min nəfər;
1 yanvar 2024 – 1 741,8 min nəfər;
1 yanvar 2025 – 1 778,5 min nəfər;
1 yanvar 2026 – 1 808 min nəfər;
1 aprel 2026 – 1 797,6 min nəfər;
1 may 2026 – 1 792,3 min nəfər;
1 iyul 2026 – 1 787,4 min nəfər;
1 avqust 2026 – 1 781,1 min nəfər.
 

0