Ağdamda FHN üçün 3,5 milyon manata bina tikiləcək

İQTİSADİYYAT
19:19 / 18.09.2024
155

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin 4 çıxışlı Ağdam rayon Dövlət Yanğından Mühafizə Hissəsi üçün bina inşa olunacaq.

FHN-in Əsaslı Tikinti İdarəsi bununla bağlı hazırlıqlara başlayıb.

Nazirlik tikinti işlərini "Litosfer" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib və şirkətlə müqavilə bağlayıb.

Şirkət tikinti işlərini 3 553 028,24 manata icra edəcək.

Xatırladaq ki, Ağdərə rayonunun Talış kəndində də 2 çıxışlı Yanğından Mühafizə Bölməsinin binasının tikintisi nəzərdə tutulub.//İqtisadiyyat.az 

0