DGK-nın hospitalından deputata məxsus olduğu şirkətə 93 min manatlıq sifariş

İQTİSADİYYAT
18:33 / 08.01.2025
136

Dövlət Gömrük Komitəsinin (DGK) Tibb Xidmət İdarəsinin Mərkəzi Hospitalı periferik stent ve balonların satın alınması ilə bağlı tenderə yekun vurub. 

Hit.az xəbər verir ki, tenderin qalibi "Azəri Med" şirkəti seçilib. 

Hospital şirkətdən 93 810 manat dəyərində 50 ədəd periferik stent, 100 ədəd periferik balon və 10 ədəd graft damar stenti alacaq. 

2004-cü ildə təsis edilən "Azəri Med" QSC-nin nizamnamə kapitalı 10 000 manatdır. Şirkətin qanuni təmsilçisi Rəhimli Famil Vəli oğludur. Lakin "Azəri Med" QSC-nin əsl sahibi kimi deputat Kəmaləddin Qafarovun adı çəkilir. 

"Azəri Med" QSC-nin 2009-2013-cü illərdə qanuni təmsilçisi olmuş Qafarov Hüsaməddin Şəmsəddin oğlu Kəmaləddin Qafarovun yaxın qohumudur. 
Bundan başqa, reyster məlumatlarında şirkətin hüquqi ünvanı kimi qeyd edilən Binəqədi rayonu, Mustafa Kamal Atatürk prospekti, ev 65 A, məhəllə 3078A, mənzil 155-də deputatın ailə üzvlərinin qeydiyyatda olduğu bildirilir.

Kəmaləddin Qafarov deputat olmamışdan əvvəl Milli Onkologiya Mərkəzinin (MOM) direktor müavini vəzifəsində çalışıb. "Azəri Med" QSC-nin vaxtaşırı MOM-un keçirdiyi tenderlərin qalibi olması da bununla əlaqələndirilir. 

Abbas
 

0