Bu kreditləri 6 aya qədər ləngitmək mümkündür (SADƏ İZAH)

İQTİSADİYYAT
12:05 / 25.04.2020
3073

Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 23.04.2020-ci il tarixli qərarı ilə koronavirus pandemiyasına görə bank sektorunda bəzi güzəştlərə icazə verilib. 

Hit.Az fed.az-a istinadla xəbər verir ki, bu sənəddə fiziki şəxslər üçün güzəştləri izah edir. Əvvəla qeyd edək ki, əsas dəyişiklik ipoteka kreditlərinə aid olacaq. Onları 6 aya yaxın ləngitmək mümkündür. 

İstehlak kreditlərində isə vəziyyət fərqlidir.  

Fiziki şəxslərin kreditlərində nə dəyişəcək? 

• Martın 1-dək verilmiş İpoteka kreditləri üzrə ödəniş müddəti 30 sentyabr 2020-ci ilədək restrukturizasiya olunacaq. Bu zaman banklar tərəfindən kreditin keyfiyyəti pisləşdirilməyəcək. 

• Kreditləri, eləcə də əsas borc və faiz ödənişlərini tam və ya qismən gecikdirənlərə əlavə cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmaması ilə bağlı banklara tövsiyə edilib.  

• Martın 1-ə vəziyyətinə keyfiyyəti qənaətbəxş olan (yəni problemi olmayan) və pandemiya ilə əlaqədar kredit borcunu gecikdirən borcalanlar üzrə neqativ məlumatlar 30 sentyabr 2020-ci ilədək kredit bürosuna xüsusi qeydlə təqdim olunacaq (sadə desək – borcalanın kredit tarixçəsi pisləşməyəcək. 

0