Sumqayıtda azyaşlı qızını öldürməkdə ittiham olunan ata danışdı - VİDEO

HADİSƏ
17:56 / 02.04.2024
723
Sumqayıtda 1 yaş 4 aylıq qızını dənizdə boğaraq qətlə yetirməkdə ittiham olunan Ahmet Turan Yeşil danışıb.
 
O, Baku TV-yə açıqlamasında psixoloji problemləri olduğunu bildirib: "Psixoloji sıxıntılarım, problemlərim var idi. Maddi problemlərim vardı”.
 
Qeyd edək ki, martın 31-i Sumqayıtda azyaşlı Zeyneb Yeşilin dəniz sahilində meyiti tapılıb. Onun qətlə yetirilməsi məlum olub və atası 1984-cü il təvəllüdlü Ahmet Turan Yeşil şübhəli şəxs qismində tutulub.

0