Gədəbəydə məmur müəllimi qaçırdı, saxlanıldı

HADİSƏ
11:04 / 15.10.2024
348

Gədəbəydə məmur qız qaçırıb.

“Qafqazinfo” xəbər verir ki, Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatı İdarəsinin baş mühəndisi A.İ. rayonda müəllim kimi çalışan qadını qaçırıb.

Həyata keçirilən tədbirlərlə A.İ-nin yeri Yevlax rayonunda müəyyən edilib və onun avtomobili saxlanılıb. Zorla qaçırıldığı bildirilən qadın ailəsinə təhvil verilib.

Hadisəni törətmiş məmur saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, hadisə barədə ilk məlumatı Milli.az saytı yayıb.

0