Qəbələdə iki nəfərin ölümünə səbəb olan güllələnmənin təfərrüatı

HADİSƏ
12:30 / 18.10.2024
327

Xəbər verdiyimiz kimi, dünən saat 20.00 radələrində Qəbələ rayonunun Zərgərli kəndində iki nəfərin ölümü və bir nəfərin yaralanması ilə nəticələnən güllələnmə hadisəsi olub. 

Qaynarinfo-nun məlumatına görə, Qəbələ rayonun Laza kənd sakini, 1979-cu il təvəllüdlü Əlibaba Gəncimov rayonunun Zərgərli kəndində yaşayan 1951-ci il təvəllüdlü Gülsadə Məmmədəliyevanı qətlə yetirib. 

Gülsadə Məmmədəliyevanın 23 yaşlı nəvəsi Nurlan Məmmədalıyev evində olan ov tüfəngi ilə Əlibaba Gəncimovu öldürüb. Özü isə əlindən ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. 

Ehtimal edilir ki, hadisə borc üstündə olub. İlkin məlumatlara görə, Gülsadə Məmmədəliyevanın oğlu Rusiyanın Dağıstan vilayətində tikinti işləri ilə məşğul olub. Sözügedən rayonun xeyli sayda sakini Dağıstanda müxtəlif sahələrdə çalışır. 

Ehtimal edilir ki, hadisə də bu məsələdən qaynaqlanır. Gülsadə Məmmədəliyevanın oğlunun Əlibaba Gəncimova borcu olduğu üçün sonuncu bu hadisəni törədib və özü də qətlə yetirilib. 

Qətlə yetirilən Gülsadə Məmmədəliyeva və onun ailəsi əslən Dağıstanlıdırlar. Onlar Qəbələnin Zərgərli kəndində uzun illər maldarlıq, əkinçilik işləri ilə də məşğul olublar. 
 

0