HƏRBİ
10:14 / 02.10.2023
127

Xaçaturyanın məhkəməsi başlayır - 59 nəfər zərərçəkmiş var

Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 22 dekabr 1991-ci il tarixdə Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb. Məhkəmə araşdırması hakim Camal Ramazanovun sədrliyi ilə aparılacaq.

0