Məmmədyarov Aronyanı məğlub edərək liderliyini qorudu

İDMAN
20:46 / 11.06.2021
1597

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən "Superbet Chess Classic" turnirində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov növbəti oyununu keçirib.

Unikal.org xəbər verir ki, 36 yaşlı qrossmeyster ABŞ-a köçən Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşıb. Ağ fiqurlarla oynayan Məmmədyarov 40-cı gedişdə rəqibini məğlubiyyətə uğradıb.

Azərbaycanın digər şahmatçısı Teymur Rəcəbov qara fiqurlarla rumıniyalı Boqdan Daniel Dyakla heç-heçə edib - 0,5:0,5.

Bu nəticələrdən sonra Məmmədyarov xalını 4-ə çatdıraraq, rusiyalı Aleksandr Qrişukla birgə liderliyini davam etdirir. Rəcəbov isə 3 xalla 4-cü yerdə gedir.

0