Fransa lideri Emmanuel Makronun populyarlığı Beşinci Respublikanın mövcud olduğu bütün dövr ərzində rekord aşağı səviyyəyə düşüb: vətəndaşların yalnız 18 faizi prezidentin fəaliyyətini bəyənir.
HİT.az xəbər verir ki, yay ayları ərzində dövlət başçısına etimad səviyyəsi 7 faiz bəndi azalıb.
Əhalinin narazılığının əsas səbəbi enerji daşıyıcılarının qiymətləri ilə bağlı səmərəsiz siyasət olub. Əhalinin böyük hissəsi (75 faiz) avtomobil sahiblərinə verilən kompensasiya ödənişlərini olduqca az hesab edib, sorğuda iştirak edənlərin 62 faizi isə hökumətin subsidiyaların həcmini artırmalı olduğunu bildirib. Etimad böhranı baş nazir Sebastyan Lekornyunun göstəricilərinə də təsir edib: onun reytinqi 24 faizə düşüb.
“Toluna Harris Interactive” şirkətinin sentyabr ayı üzrə keçirdiyi sorğunun nəticələrinə əsasən, Marin Le Pen və Jordan Bardelladan ibarət tandem seçicilərin 35 faizinin dəstəyinə malikdir. İkinci tura çıxacağı təqdirdə, Le Penin Eduar Filipdən Jan-Lük Melanşona qədər istənilən rəqib üzərində inamlı qələbə qazanacağı proqnozlaşdırılır.
Bununla belə, uğursuzluğa baxmayaraq, mediada Makronun 2032-ci ildə böyük siyasətə qayıtmaq planları müzakirə olunur. Rusiya senatoru belə ssenarinin reallaşmayacağını düşünür və onun təsirini uzatmaq cəhdinin genişmiqyaslı ictimai sarsıntılara səbəb ola biləcəyini bildirib.
Samir


