Avropa biznesi Rusiya ilə əlaqələri bərpa etmək istəyir

DÜNYA
13:53 / 01.10.2026
42

Sanksiya məhdudiyyətlərinə baxmayaraq, Avropa şirkətləri Rusiya ilə işgüzar əlaqələrin bərpasına maraq göstərirlər. 

HİT.az xəbər verir ki, bu barədə "İzvestiya" qəzeti "Rusiya"nın Avropa İttifaqı yanında daimi nümayəndəliyinə istinadən məlumat yayıb.

Daimi nümayəndəlikdə bildiriblər ki, mümkün əməkdaşlıq qarşılıqlı faydalı, uzunmüddətli və dayanıqlı olmalı, həmçinin siyasi konyunkturadan asılı olmamalıdır.

Rusiya diplomatik nümayəndəliyinin məlumatına görə, 2026-cı ilin ilk yarısında Rusiya ilə Aİ arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 13,2% azalaraq 26,98 milyard avro təşkil edib. 2021-ci illə müqayisədə isə bu göstərici 5,5 dəfə azalıb.

Daimi nümayəndəlik həmçinin 2022-2025-ci illərdə Rusiyaya qarşı sanksiyaların nəticələri səbəbindən Avropa İttifaqının məcmu iqtisadi itkiləri ilə bağlı qiymətləndirmələri açıqlayıb. Müxtəlif hesablamalara görə, bu itkilər 1-1,6 trilyon avro arasında olub.

İyunun 9-da milli qaz nəqli sistemi operatoru "SPP" şirkətinin rəsmi nümayəndəsi Rusiya qazının tədarükündən imtinanın Slovakiyaya yüz milyonlarla avro zərər vura biləcəyini bildirib.

Samir
 

0