Dünya çempionatının seçmə oyununda kuryoz hadisə

İDMAN
20:55 / 28.01.2022
1288

Çili və Argentina yığmaları arasında Dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin XV tur matçında kuryoz hadisə baş verib.

Hit.az-ın məlumatına görə, yan xətt hakimləri Fabrisiu Vilarinyu da Silva və Rodriqu Fiqereydu oyun üçün nəzərdə tutulan bayraqları hoteldə unudublar. Nəticədə onlar döşəməsilən və mühafizəçilərin jiletlərindən istifadə edərək yeni bayraqlar düzəldiblər.

Qeyd edək ki, qarşılaşma Argentinanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

0