Pekin Olimpiadası rəsmən açıq elan olundu

İDMAN
19:45 / 04.02.2022
985

Çin prezidenti Si Cinpin Pekin Qış Olimpiya Oyunlarını açıq elan edib.

XXIV Qış Olimpiya Oyunlarının açılış mərasimi “Quş yuvası” kimi də tanınan Milli Stadionda keçirilib.

Budəfəki oyunlar koronavirus pandemiyası ilə bağlı görünməmiş təhlükəsizlik tədbirləri ilə “Birgə gələcək naminə” devizi altında keçirilir.

Qeyd edək ki, Pekin tarixdə həm Yay, həm də Qış Olimpiya Oyunlarına ev sahibliyi edən yeganə şəhərdir.

Bundan əvvəl şəhərdə 2008-ci il Yay Olimpiya Oyunları baş tutub.

Onu da qeyd edək ki, builki Olimpiadada idmançılar 109 dəst medal uğrunda mübarizə aparacaqlar.

 

0