Ronaldo 400 milyon izləyiciyə çatdı

İDMAN
21:45 / 07.02.2022
961

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Kriştianu Ronaldo instaqram sosial şəbəkəsində 400 milyon izləyici sayına çatıb.

HIT.az xəbər verir ki, portuqaliyalı hücumçu bu göstəriciyə çatan ilk şəxs olub.

37 yaşlı forvardı, model Kayli Cenner (308 milyon) və PSJ-nin hücumçusu Lionel Messi (306 milyon) izləyici ilə təqib edir.

Qeyd edək ki, Ronaldu 2021-ci ilin avqustundan "Mançester Yunayted"də çıxış edir. Ulduz futbolçu cari mövsümdə Premyer Liqada  18 oyuna çıxıb, 8 qol vurub və 3 qolun ötürməsini verib.

Sadiq İsmayılov

0