Ryabova final mərhələsinə vəsiqə qazandı

İDMAN
18:37 / 15.02.2022
1069

Azərbaycanın fiqurlu konkisürəni Yekaterina Ryabova Pekin-2022 Qış Olimpiya Oyunlarında yarışa start verib.

HİT.az xəbər verir ki, idmançımız final mərhələsinə vəsiqə qazanıb.

Qısa proqramda 61,82 xal toplayan 19 yaşlı idmançı ən yaxşı 24 iştirakçı arasına düşməyi bacarıb.

Hazırda 10-cu sırada olan Ryabova fevralın 17-də sərbəst proqramda mübarizə aparacaq.

 

 

0