İnam Kərimov Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti seçildi

11:55 / 19.02.2022
963

Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) hesabat-seçki konfransı keçirilib.

"Report"un məlumatına görə, toplantı Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.

Kənd təsərrüfatı naziri İnam Kərimov federasiyanın prezidenti seçilib.

Kərimov bu postda "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərovu əvəzləyib.

0