"Mançester Yunayted"in oyununda dəhşət yaşandı: futbolçunu başından vurdular

İDMAN
09:59 / 21.02.2022
1581

İngiltərə Premyer Liqasının 26-cı turu çərçivəsində baş tutan "Lids" - "Mançester Yunayted" oyunu (2:4) xoşagəlməz hadisəyə səhnə olub.

Hit.az Fanat.Az-a istinadən xəbər verir ki, yerli fanatlar MY-nin futbolçularına raketatan siqnal tapançası ilə atəş açıblar.

Olay "qırmızı şeytanlar" 3-cü qolu vurandan sonra baş baş verib. Fred və Entoni Elanqanı hədəfə alan azarkeşlər istəklərinə çatıblar. Belə ki, mərmi Elanqanın başına dəyib və həkimlər ona tibbi yardım göstərməli olub.

İngiltərə Futbol Assosiasiyası dərhal hadisə barədə yerli polisə xəbər verib. Hadisəni törədən fanatların kimliyi araşdırılır.

0