"Fənərbağça"nın ulduzu Qətərə gedir?

İDMAN
11:39 / 14.09.2023
620

Türkiyə nəhəngi "Fənərbağça"da daha bir ayrılıq yaşana bilər.

HİT.az xəbər verir ki, İstanbul klubu hücumçusu Coşua Kinq ilə yollarını ayırmağı düşünür.

Norveçli futbolçuya Qətərdən təklif gəldiyi bildirilir. "Sarı bülbüllər" də heyətindəki xarici futbolçularının sayını azaltmaq üçün 31 yaşlı ulduzun satılmasına müsbət yanaşır.

Qeyd edək ki, Coşua Kinq "Fənərbağça" forması ilə meydana çıxdığı 33 matçda 8 qol atıb, 5 məhsuldar ötürmə edib.

Pərviz

0