Azərbaycanda voleybolun inkişaf etdirilməsi yönümdə atılan bir sıra adddımların fonunda xoşagəlməz hal yaranıb.
Oxu24.com xəbər verir ki,kişilərdən ibarət “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” voleybol komandaları ciddi maliyyə böhranı ilə üzləşib.
Oxu24.com-un komandadakı mənbələrdən əldə etdiyi məlumata görə, sözügedən klubun prezidenti təyin edilən Hacı Nuran Hüseynov isə sponsor tapmaq yönündə üzərinə düşən öhdəlikləri yerinə yetirə bilmədiyindən, hər iki komanda dağılmaq təhlükəsi ilə üzləşib.
Danışıqlar aparılan şirkətlər komandaya sponsorluq etmək istəməyib. Bu səbəbdən də Hacı Nuran “Xarı Bülbül Şuşa”nın prezidenti postundan kənarlaşdırılıb.