"Qarabağ"ın futbolçusu Əlcəzair millisinə çağırıldı

19:30 / 05.10.2024
659

“Qarabağ”ın əlcəzairli yarımmüdafiəçisi Yasin Benzia milli komandadan dəvət alıb.

Əlcəzair millisinin Afrika Millətlər Kubokunda mübarizəsi üçün təqdim etdiyi siyahıya Yasin Benzia da daxil edilib.

Milli seçmə mərhələsində oktyabrın 10 və 14-də Toqo ilə qarşılaşacaq.

0