Hündürlüyə tullanma üzrə Azərbaycan çempionu Yusif Abdullayev 4 illik diskvalifikasiya olunub.
AMADA-nın mətbuat xidmətindən HİT.az-a verilən məlumata görə, buna idmançının antidopinq qaydalarını pozması səbəb olub.
O, nümunə toplanmasından yayınma, imtina və ya nümunəni təqdim etməməyə görə cəzalandırılıb. Atletin cəzası sentyabrın 11-dən qüvvəyə minib və 2028-ci il sentyabrın 10-da bitəcək.
Qeyd edək ki, Y.Abdullayev bu ilin mayında hündürlüyə tullanma üzrə Azərbaycan çempionu olub.