Türkiyənin “Kanal D” telekanalının əfsanəvi serialı “Arka Sokaklar”dan ayrılan aktrisa Oya Okarın yeni layihəsi bəlli olub.
Hit.az xəbər verir ki, gözəl aktrisa “Başkalarının Hayatı” serialında rol alacaq.
Sənətçi sentyabrda “Star” telekanalında başlayacaq ekran işində “Jalə” obrazına həyat verəcək. Sözügedən layihədə həmçinin Tolga Tekin də çəkiləcək. O isə “Haluk” obrazını canlandıracaq. Bu da “Arka Sokaklar”ın yeni mövsümdə davam etməyəcəyi ehtimalının güclənməsinə səbəb olub.
Qeyd edək ki, Oya Okar “Arka Sokaklar”ın baş rollarından “Selin” obrazına həyat verirdi.
Aslan


