“Qarabağ” futbolçusu Riçard Almeyda ilə yollarını ayırıb.
HİT.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
35 yaşlı Braziliya əsilli yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2012-18, 2019 və 2021-25-ci illərdə "Qarabağ"da çıxış edən Riçadrd 376 oyunda 64 qol vurub. Almeyda Premyer Liqada 254 (51 qol), kubokda 31 (5 qol), avrokuboklarda 91 (8 qol) dəfə Ağdam təmsilçisinin formasını geyinib. O, 9 dəfə Azərbaycan çempionu, 5 dəfə Azərbaycan kubokunun qalibi adını qazanıb. Yarımmüdafiəçi 2017-23-cü illərdə çıxış etdiyi Azərbaycan millisində 31 oyunda 3 qol vurub.
Qeyd edək ki, "Qarabağ" bu qış Olavio Juninyo və Julio Romao ilə də yollarını ayırıb.