Azərbaycanlı müğənninin qayınanası: “Dedi ki, bir həftə vaxt verirəm, elçiliyə gedəcəyik” - VİDEO

MAQAZİN
21:35 / 04.01.2022
1795

Müğənni Sevda Yəhyayevanın qayınanası Gülnarə Bayramova gəlini haqqında danışıb.

HİT.az xəbər verir ki, o, həkim olan oğlu Zakirin Sevda ilə evlənməsi prosesi barədə danışarkən maraqlı məqama toxunub:

 “Oğlum telefonda “Bu sevda” mahnısını qoyub məndən soruşdu ki, tanıyırsan, kimdir oxuyan? Dedim ki, onu kim tanımır ki, Sevda Yəhyayevadır. Dedi ki, hazırlaş, arzuna çatdın, bir həftə vaxt verirəm, elçiliyə gedəcəyik. İnanmadım, sevincimdən məni ağlamaq tutdu”.

0