\"Mənə layiq bir kişi yoxdur\"- Azərbaycanlı model

22:16 / 06.01.2022
1339

"Miss Azerbaijan 2019" gözəllik müsabiqəsinin qalibi Səmra Hüseynova şəxsi həyatından danışıb.

Hit.az-ın xəbərinə görə, model bildirib ki, onunla ailə quracaq bir bəy yoxdur: 

“Artıq subayam. Anladım ki, hələ ki mənə layiq bir kişi yoxdur. Əgər bir kişinin yanında başqa bir kişidən qayğı alıramsa, demək ki, o zəif kişidir. Mən zəifləri sevmirəm”. 

0