Əməkdar artistin qayınanası efirə zəng etdi: \"O mənim gəlinim deyil\"- VİDEO

09:34 / 14.01.2022
3480

Əməkdar artist Dilarə Əliyeva “Günün sədası” verilişində qonaq olub.

Hit.az-ın məlumatına görə, aktrisanın qayınanası Xalq artisti Elmira Əliyeva proqrama zəng edib. O, gəlini barədə xoş sözlər səsləndirib:

“Heç vaxt qızı anadan soruşmurlar. O mənim gəlinim deyil. O mənim qızımdı. Onu elə bil mən dünyaya gətirmişəm. Anasına da demişəm ki, Dilarə sənlik yox, mənlikdi. Bizim evimizə gəlin düşən gündən bu günə kimi onunla ana-balayıq”.

Xalq artistinin bu sözlərindən sonra D.Əliyeva göz yaşlarına hakim ola bilməyib.

 

0