“Kəpəz”in futbolçusu Dağüstü parkda sevgilisinə evlilik təklifi etdi - FOTO/VİDEO

11:14 / 23.05.2023
439

Gəncə şəhərini təmsil edən “Kəpəz” Peşəkar Futbol Klubunun məşhur gürcüstanlı futbolçusu Mate Kvirkviya sevgilisi Mariam Akobadzeyə Bakıda evlilik təklifi edib. 

Bizim.Media xəbər verir ki, Mate həmin anları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

Dağüstü parkın bir hissəsini bəzətdirən futbolçu sevgilisinin qarşısında diz çökərək, onun barmağına üzük taxıb. 

M.Kvirkviya yayımladığı paylaşımına “O, "hə" dedi” sözlərini əlavə edib. 

Sözügedən görüntülər sosial şəbəkə əhli tərəfindən maraqla qarşılanıb. 

Həmin kadrları sizə təqdim edirik: 

0