İlk dəfə xərçənglə ağır mübarizəsindən danışdı

MAQAZİN
14:41 / 23.07.2026
43

"Ulduz yolu" ("Star Trek") serialında kapitan Kirk obrazı ilə məşhurlaşan kanadalı aktyor Uilyam Şetner xərçəng xəstəliyi ilə mübarizəsi barədə ilk dəfə açıqlama verib.

HİT.az xəbər verir ki, "People" nəşrinin məlumatına görə, aktyora 2023-cü ildə ağciyər və beyinə metastaz vermiş 4-cü mərhələ melanoma diaqnozu qoyulub.

"Onlar mənə dedilər: "Səndə xərçəng var. Əgər daha gec gəlsəydin, ölmüş olardın", deyə 95 yaşlı aktyor bildirib.

Şetner qeyd edib ki, həmin dövrdə qızı Melanidə də süd vəzi xərçəngi aşkarlanıb. Onun qızı kimyaterapiya və əməliyyat keçirməli olub.

Aktyor bildirib ki, bu, ailələri üçün ən çətin dövrlərdən biri olub. Buna görə də qızının əlavə narahatlıq yaşamaması üçün onun bütün müalicə xərclərini üzərinə götürmək qərarına gəlib.

"Mən istəmirəm ki, pul barədə narahat olasan. Sadəcə bütün hesabları mənə göndər", deyə Şetner həmin vaxt qızına bildirib.

Hazırda Uilyam və Melani özlərini daha yaxşı hiss edirlər və birlikdə xərçəng xəstəliyinin öhdəsindən gəlməyi bacarıblar.

Uilyam Şetner "Ulduz yolu" serialında əfsanəvi kapitan Kirk rolunu canlandıraraq dünya şöhrəti qazanıb. O, həmçinin "T.J. Hooker" teleserialında polis serjantı, eləcə də "Boston Legal" televiziya dramında baş rollardan birini oynayıb. Aktyor "Boston Legal" serialındakı roluna görə iki "Emmi" mükafatı və "Qızıl qlobus" mükafatı alıb.

Samir

0