Bu ətirlər insanda qorxulu xəstəlik yaradır

MARAQLI
18:58 / 06.04.2024
487

"Ətrin qalıcılıq müddəti nə qədər çoxdursa, onun insan orqanizmi üçün təhlükəsi  çoxdur. Çünki ətir daha qalıcı olsun deyə ona müxtəlif kimyəvi qatqlar vurulur və bu orqanizmə ziyandır".

Bu fikirləri Hit.az-a həkim Leyla Əsədullayeva bildirib.

“Qadınlarda döş vəzi və kişilərdə ağciyər xərçənginin yaranma səbəbi  ətir imiş.Bu yeni araşdırmalar nəticəsində məlum olub. Söhbət ucuz və ya baha ətirdən getmir. Təbii olmayan ətirlər orqanizm üçün zərərlidir. Uşaqlara ətir vurmağı əsla tövsiyə etmirəm.Qoxusunu həvəslə ciyərimizə çəkdiyimiz. Kimyəvi tərkibini bilmədiyimiz bu tirlər astma, bronxların iltihabı və ağciyər  xəstəliklərinin artmasına səbəb olub”, deyə qeyd edib.

Həkim qramla satılan yağlı ətirlərin daha zərərli olduğunu bildirib.

Murad

0