Yaz aylarında infarkt riski

MARAQLI
17:54 / 18.04.2024
264

İlin müəyyən fəsilləri və müəyyən ayları, həftənin müəyyən günləri və hətta günün müəyyən saatları ürək sağlamlığınız baxımından çox önəmli vaxtlardır. 

Çünki insanların ilin müəyyən fəsillərində, müəyyən aylarında, həftənin müəyyən günündə və günün müəyyən saatlarında daha çox infarkt keçirdikləri bəllidir.

Bu reallıq aparılan böyük araşdırmalar nəticəsində sübuta yetirilib.

Bunu nəzərə alaraq, daha diqqətli olunar və bəzi tədbirlər görülərsə, infarkt keçirmə riski önəmli dərəcədə azaldıla bilər.

Araşdırmalar zamanı məlum olub ki, infarkt riski yaz aylarında daha yüksək olur.

Həkim, kardioloq Ələsgər Hüseynov Hit.az-a deyib ki, insanlar qış və bahar aylarında daha çox infarkt keçirir:

 “Maraqlısı odur ki, keçirilən infarktın öldürücülüyü də fəsildən fəsilə dəyişir. Belə ki eyni araşdırmada qış və bahar aylarında infarkt keçirən insanların ölmə ehtimalının yay və payız aylarında infarkt keçirən insanlara nisbətən daha çox olduğu müəyyən edilib. Yaz günlərində tez-tez isti və soyuq hava bir-birini əvəzləyir. Havada temperaturun belə dəyişkənliyi infarkt riskini artır. Soyuq fəsildən sonra müəyyən mülayim temperatur, havada istilik dalğalanmaları və güclü küləklər infarkta səbəb olur. Ümumiyyətlə, temperatur müsbət 14 dərəcə olduqda hər istilik dalğalanması zamanı infarkt riskinin təxminən yüzdə beş dəfə artdığı göstərilir”.

Sevinc

0