Tarixin 20 iyulu...

MARAQLI
15:00 / 20.07.2026
189

Bu gün tarixin vərəqlərində 20 iyuldayıq.

Hit.az xəbər verir ki, bu gün bir sıra tarixi hadisələrlə yadda qalıb.

Həmçinin, 20 iyul bir sıra görkəmli şəxsin doğum günü kimi xatırlanır. Eyni zamanda, bəzi tarixi şəxslərin də vəfat günü bu günə təsadüf edir. Onu da qeyd edək ki, bu gün Beynəlxalq Şahmat Günüdür. Bundan başqa, ABŞ-də Milli Hot-doq Günü, Kolumbiyada isə Müstəqillik Günüdür. Beləliklə, tarixin 20 iyuluna nəzər salırıq.

20 iyulda baş verənlər:
2014-cü ildə Bakı bulvarında Park Bulvar ticarət mərkəzinin açılışı olub. 1402-ci ildə Osmanlı sultanı İldırım Bəyazid ilə Teymurləng arasında Ankaranın Çubuq düzənliyində Ankara döyüşü baş verib. 1944-cü ildə İkinci Dünya müharibəsi zamanı Adolf Hitler ona qarşı alman ordusu polkovniki Klaus von Stauffenberq tərəfindən təşkil edilən sui-qəsd cəhdindən sağ qurtulub. 1969-cu ildə “Apollon 11”in ekipajı Aya ilk insan enişini uğurla həyata keçirib; amerikalı Nil Armstronq və Bazz Oldrin Aya ayaq basan ilk insanlar olublar. 

20 iyulda doğulanlar:
1946-cı ildə Əməkdar mədəniyyət işçisi, kinorejissor Rafiq Dadaşov, 1948-ci ildə Xalq artisti, aktyor və kinorejissor Ramiz Əzizbəyli, 1970-ci ildə isə Milli Məclisin I, II və III çağırış deputatı Anar Məmmədxanov doğulub.

Həmçinin, 1938-ci ildə Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 4-cü sədri Dəniz Baykal, 1947-ci ildə amerikalı gitaraçı Karlos Santana, 1953-cü ildə çexiyalı futbolçu və baş məşqçi Vlastimil Petrjela, 1964-cü ildə amerikalı müğənni Kris Kornell, 1979-cu ildə macarıstanlı futbolçu Mikloş Fexer və 1990-cı ildə fransız futbolçusu Stiven Josef-Monroz dünyaya gəlib.

20 iyulda vəfat edənlər:
2005-ci ildə Əməkdar incəsənət xadimi, bəstəkar Ədilə Hüseynzadə və 2010-cu ildə Xalq artisti, fleyta ifaçısı Rəhim Babayev dünyasını dəyişib.

Həmçinin, 1937-ci ildə italyalı ixtiraçı Qulyelmo Markoni, 1945-ci ildə fransız şairi Pol Valeri, 1951-ci ildə İordaniya kral I Abdulla, 1973-cü ildə amerikalı və honkonqlu aktyor Brüs Li, 1990-cı ildə gürcüstanlı kinorejissor Sergey Paracanov və 2017-ci ildə amerikalı müğənni Çester Benninqton vəfat edib.

Pərviz

0