Təyyarələr gəmilərə necə eniş edir? - AÇIQLAMA

MARAQLI
22:03 / 09.01.2025
66

Təyyarələrin gəmiyə eniş etməsi prosesi, çox xüsusi və mürəkkəb bir əməliyyatdır. Bu, əsasən hərbi təyyarələr və bəzən xüsusi mülki təyyarələr üçün tətbiq edilir, məsələn, hava daşıyıcıları üzərində. Gəmiyə eniş edən təyyarələr üçün bir sıra texniki və əməliyyat tələbləri mövcuddur.

Maraqlıdır, təyyarə gəmiyə necə eniş edir?

Bu barədə Hit.az-a təhlükəsizlik üzrə mütəxəssis Eldar Quliyev danışıb.

Onun sözlərinə görə, təyyarə gəmiyə eniş edərkən sürəti azaltmaq əvəzinə, mühərrikləri tam gücü ilə işlədirlər:

“Bu qulağa qəribə səslənsə də, proses belə baş verir. Təyyarəni gəminin göyərtəsinə endirmək pilot üçün ən çətin enişlərdən biridir. Gəmilərdə eniş zolağının uzunluğu təxminən 150 metr təşkil edir. Göyərtədə 4 ədəd tarım çəkilmiş polad tros mövcuddur. Eniş zamanı təyyarə qarmağın köməyi ilə bu troslardan birinə ilişir. Qarmağa ilişən tros göyərtə boyunca gərilir. Trosun bağlı olduğu hidravlik slindir sistemi də bütün enerjini udur. Eniş zamanı pilot mühərriki bütün gücü ilə işlədir. Buna səbəb odur ki, təyyarə troslardan heç birini tuta bilməsə, yenidən təhlükəsiz şəkildə havaya qalxa bilsin”. 

Murad


 

0